Rejissor Timur Bekmambetov Tatarıstan eks-Prezidenti Rüstəm Minnexanovun köməkçisi Natalya Fişmanla evlənib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, onların toyu 22 apreldə Kazanda baş tutub.

Qeyd edək ki, 57 yaşlı rejissorla 28 yaşlı Natalyanın sevgisi ötən il başlayıb. Bakmambetov bundan öncə dizayner və prodüser Varvara Avdyuşko ilə evli olub.

Onu da bildirək ki, Timur 2017-ci ildə “Forbes”in “Ən uğurlu Rusiya rejissorları” siyahısında birinci pillədə qərarlaşmışdı. Onun filmləri 430 milyon dollardan çox gəlir gətirib. Rejissorun ən uğurlu işləri “Gecə patrulu”, “Ben-Qur” və “Küknarlar” filmidir.