Əməkdar artist Mətanət İsgəndərli ATV-də yayımlanan “Gündən-günə” verilişində maraqlı bir hadisə danışıb.

Oxu.Az-ın məlumatına görə, müğənni toyların birində ağzına girən milçəyə görə çətin anlar yaşadığını dilə gətirib:

“Bir dəfə toyda oxuyurdum. Oxuyan yerdə milçək girdi ağzıma. Allaha and olsun. Boğulurdum. Bütün toy adamları üstümə töküldü. Ağzıma milçək gedəndə görmüşdülər”.