23 yaşlı model Nataşa Barlin qeyri-legal psixatrop və narkotik maddə ticarəti ilə məşğul olan qruplaşmanın başçı olduğu üzə çıxıb.

Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, model və onun 24 yaşlı ortağı Daylan Şau narkotik maddələrin satışını həyata keçirən qruplaşmaya qarşı təşkil edilmiş əməliyyat nəticəsində ələ keçiblər.

Dindirilmə zamanı ortaqlar əməllərini etiraf ediblər. Gənc model Nataşa sahil bölgəsində narkotik vasitələrin satışını həyata keçirdiyini boynuna alıb. Qruplaşma Çin və Filippindən gətirdikləri narkotik vasitələri gizlətmək üçün bağlamaların üzərinə “Təmizlik vasitəsi”, “Ev əşyası” yarlığı vurublar.

Onlar haqqında sonuncu məhkəmə isə 26 iyunda keçiriləcək.