1958-ci il fevral ayında Münhendə baş verən təyyarə qəzasında ölənlər arasında “Qırmızı şeytanlar”dan 8 nəfər həlak olub. Harri Qreq isə sağ qala bilib və geri qayıdıb.

Baş verən qəzada “Mançester Yunayted” klubunun oyunçuları Avropa Kuboklar Kuboku matçından geri qayıdırlarmış.

Belqraddan qalxan təyyarə Münhendə yanacaq doldurmaq üçün yerə enib. Güclü qar olduğundan təyyarə ilk 2 cəhdində havaya qalxa bilməyib və 3-cü cəhddə lazımi sürət yağa bilməyən təyyarə baryerə çırpılıb. Aralarında futbolçu, texniki heyət və idarəçilərin yer aldığı təyyarədə 23 nəfər həlak olub, 21 nəfər isə yaralanıb. Dövrünün ən yaxşı komandası olan MY-in 8 futbolçusu qəzadan sağ çıxa bilməyib, məşqçi isə ağır yaralanıb.

Met Basbi qəzadan cəmi 3 ay əvvəl qrupa qoşulmuşdu: “Mən komandaya məşqçi kimi qoşulmuşdum və bilirdim ki, bu komanda möhtəşəmdir. Onları çox sevdim… Biz yerə enəndə yağış yağırdı. Təyyarəni bir neçə dəfə havaya qaldırmağa çalışdılar amma alınmadı, sonra yenə təkrar etdilər və… Mən gözlərimi açanda təhlükəsizlik kəmərinin belimi necə sıxdığını hiss edirdim. Mən qızım, həyat yoldaşım, valideynlərim haqqında düşünürdüm. Onları görmək istəyirdim. Kəməri aça bildim və yerə yıxıldım. Bir nəfərin əlində nə olduğunu anlamadığım alətlə mənə yaxınlaşdığını görürdüm. O, mənə yaxınlaşanda ingiliscə nəsə dedi amma anlaya biləcək halda deyildim. Arxadan uşaq səsi gəlirdi…”

Onu təyyarədən  çıxaran qapıçı Qreq olub. Qreq həmçinin yuqoslaviyalı bir ananı öz körpəsi ilə xilas edib. Komanda həmin il liqadakı qalan oyununu əvəzləyici komandası ilə keçirib və mövsümü 9-cu pillə ilə başa vurub. Basbi isə qəzadan sonra da komanda ilə əməkdaşlığını davam etdirib.

Tamerlan Mehdi

Minval.İnfo