Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” sosial-kriminal layihədə qonaq olan Qarabağ qazisi Kanstantin bəy böyük haqsızlıqla qarşılanıb.

Minval.İnfo xəbər verir ki, o, bir qolunu, bir gözünü vətən uğrunda itirdiyini və bu günkü hadisələrdən isə əziyyət çəkdiyini deyib. Belə ki, iddiasına görə qazinin evini özəl şirkət müqavilə əsasında alıb, lakin sonradan vədlərinə əməl etməyən qrum Kanstantini küçələrdə qoyub.

“Hom Paş Prestij” şirkəti qaziyə həyəti və üvi üçün 300 min dollar pul təklif edir. Təklif edilən məbləğlə anlaşan Kanstantinlə müqavilə imzalanır. 3 ay ərzində şirkət 300 min dollar ödəməyə söz verir, amma bu sözü yerinə yetirilmir. Evi əldən gedən Qarabağ qazisi haqqını istəyir…

Ekspertlərin qəzəbinə tuş gələn şirkətin əməkdaşları efirə qoşulub. Qeyd edək ki, “Hom Paş Prestij” şirkəti haqqında yerli mətbuatda dəfələrlə yazılar dərc edilib, onların fırıldaqları ifşa olunub. 

Xatırladaq ki, veriliş həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.

Minval.İnfo