Məşhur aktyorun qızı xərçəngə məğlub oldu

Türk kinosunun “Tecavüzcü Coşkun” ləqəbli aktyoru Coşqun Göğenin bir müddətdir ki, xərçəngdən müalicə olunan qızı vəfat edib.

“Ölkə.Az” xəbər verir ki, Dünyanın meyiti Antalyada dəfn ediləcək.

Coşqun Antalyada yaşayır. Qızı Dünya bir müddətdir ki, İstanbulda müalicə olunurdu. 1.5 ildir ki, xərçəngdə müalicə olunan qız bu gün dünyasını dəyişib. Xəbəri müğənni Engin Evin “Facebook” səhifəsində verib.

“Canım Coşqunumun qızı Dünyanı itirdik. Coşqunum, başın sağ olsun, sənə və ailə üzvlərinə səbr diləyirəm”, – deyə Engin yazıb.

Qeyd edək ki, Dünya Göğen “Sabiha Gökçen” hava limanında işləyib. Coşqunun Uzay və Günəş adlı daha iki qızı da var.