Türkiyə ordusunun generalı, qurama “Balyoz” işinə görə 5 il həbs cəzası alan, 15 iyul gecəsi hərbi çevriliş etmək istəyənlərlə qətiyyətlə savaşan Əli Dəmir Bakıya hərbi attaşe təyin olunub.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, general bundan sonra vəzifəsinə Daxili İşlər Nazirliyinin hərbi attaşesi kimi davam edəcək.

Əli Dəmir hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra təyin olunduğu Diyabəkirdə terrorçulara qarşı mübarizə aparıb. Aralarında qondarma sahə və bölgə məsullarının da yer aldığı 184 ölü, 203 terrorçunu məhv edən və 83 ton narkotik ələ keçirən Əli Dəmir Bakıda fəaliyyət göstərəcək.

General Əli Dəmir 2010-cu ildə, FETÖ-nün Türkiyədə dövlət qurumlarına müdaxilə etdiyi vaxtlarda qurama “Balyoz” işi ilə həbsə atılmışdı. Həmin il yanvarın 20-də FETÖ-nün əsas ruporu sayılan “Taraf” qəzeti belə manşetlə çıxmışdı: “Fatih Camisi bombalanacaqdı”.

taraf-manset

Qondarma olduğu ortaya çıxan “Balyoz” işində Fatih, Bəyazid, Eyyub Sultan və İsmayılağa məscdilərini bombalayacağı ittihamı ilə həbs olunan general Əli Dəmir 16 il azadlıqdan məhrum edilmişdi.

Əli Dəmir “Balyoz hərbi çevriliş planını” hazırladığı barədə saxta ittihamla mühakimə olunaraq, özünün qatılmadığı məhkəmə prosesində həbs qərarı çıxarılıb və 3 il Mamak həbsxanasında məhkum olaraq saxlanılmışdı.