Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış”da maraqlı anlar qeydə alınıb.

Minval.info xəbər verir ki, illər əvvəl üzərinə benzin tökərək özünü yandıran Məşədibaba haqqında ilginc faktlar məlum olub. Belə ki, onun ölümünə səbəb mətbuatda yayılan xəbərlərə görə ailəsinin, yəni həyat yoldaşı və oğlunun evdən getməsi göstərilsə də, illər sonra yeni məlumatlar ortaya çıxıb.

Meyxanaçı haqqında süjet hazırlayan teleaparıcı Məşədibabanın qayını ilə görüşüb. O açıqlamasında Məşədibabanın özünü yandırmasına səbəb kimi onun qardaşlarını günahlandırıb.

“Saytlarda yazırlar ki, guya arvadına görə özünü öldürüb. Xeyr, o öz ailəsinə görə özünü yandırdı. Qardaşları ona zülm edirdi. Döyürdülər, neçə dəfə polisə düşüblər” deyə qayını bildirib.

Həmin anları sizə təqdim edirik…

Minval.info