Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin dollarla olan kreditlərindən danışıb.

Minval.İnfo-nun məlumatına görə, baş bankir faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasında əlavə edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir:

“Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər”.

Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir: ”Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları 2,2 milyard artaraq 44 milyardı keçib.