Müğənni Kərim Abbasov küsülü olduğu əməkdar artist Elza Seyidcahan haqqında danışıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi “Zaurla Günaydın” verilişində bildirib ki, dəvət olunduğu toylarda qarşı tərəfin olmasına icazə vermir:

“Neçə illərdir həm bütöv, həm də yarımsaatlıq toy aparıram. Cəmi bir dəfə Elza mən oxuyan toya gəlib. Elza deyilən bir insan mənim toyuma gələ bilməz. Mənim publikam Elzanı sevə bilməz. Onu dəvət edə bilməzlər. Olduğum toylara Aygün Kazımova, Röya Ayxan gələ bilər, amma o, yox”.

Qeyd edək ki, Seyidcahan müğənni Damlanın fotosunu cıran zaman Kərimin onu müdafiə etməsi qarşı tərəfin xoşuna gəlməyib. Onlar arasında qalmaqal da bundan sonra başlayıb.