Əməkdar artist Vasif Məhərrəmli “Zarafat-zarafat” verilişinin qonağı olub.

Minval.İnfo-nun Axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni insanların onu varlı hesab etdiyini deyib. O bildirib ki, tanımadığı adamlar tez-tez ona zəng edib borc istəyirlər:

“Vasif yazığın nə pulu var? İmkanımız çatır ki, hara istəyirik gedək, övladlarımıza xoş gün verək. Tez-tez mənə sosial şəbəkədə yazıb pul istəyirlər. Hətta bir dəfə tanımadığım adam zəng edib ki, borc ver. Dedim ki, başın xarabdır? Bir evim, iki avtomobilim var. Əgər varlı hesab edirlərsə, etsinlər. Ümumiyyətlə, məni milyonçu hesab edirlər”.