Ötən gün xərçəng xəstəliyi səbəbi ilə əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva palataya köçürülüb.

Minval.info axşam.az-a istinadən bildirir ki, əməliyyatı uğurla keçən və özünü yaxşı hiss edən aktrisa açıqlama da verib. O, bəzi insanları onun xəstəliyi üzərində şou yaratdığı üçün qınayıb:

“Mənim üçün etdiyiniz dualara görə sizə təşəkkür edirəm. Hazırda Milli Onkologiya Mərkəzindəyəm, müalicə alıram. Dünən nə az, nə çox 5 saat əməliyyat olundum. Bildiyiniz kimi, uşaqlıq boynumda bədxassəli şiş var idi. Mərkəzin direktoru və həkimlərinə dərin təşəkkürümü bildirirəm. İnşaAllah, sağ-salamat yenə sənətimə dönəcəm. Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, onlara üzümü tutub deyirəm, başqasının xəstəliyi üzərində şou qurmayın”.