ATV-də yayımlanan “ZAURla GÜNAYdın” proqramının bu dəfəki qonağı “Çina” ləqəbli əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov, onun hüquqşünas xanımı Mehriban Əhmədova və aktyor-repçi oğlu İbrahim olub.

Minval.İnfo xəbər verir ki, Zaurun dəfələrlə İbrahimdən niyə evlənməməsi ilə bağlı suallar verməsi Mehriban Əhmədovanı qıcıqqlandırıb. Belə ki, “Çina”nın həyat yoldaşı Zaurun bu suallarına cavab olaraq ona elə sual verib ki…

Zaur Əhmədovanın ona ünvanlanan “Özün neçə yaşında evlənmisən?” sualına  “32 yaşda” deyə cavab verib.

“Özün 32 yaşda evlənmisən, indi oğlumu evləndirirsən” – deyərək Zauru pərt edən Əhmədova belə əlavə edib:

“Evlənmək üçün birinci növbədə məsuliyyət olmalıdır. Əgər məsuliyyətin yoxdursa, lap 10 min qazan, nə mənası var?”

Qeyd edək ki, “Çina”nın oğlu İbrahim “Vicdan haqqı” serialında Vüsal obrazını canlandırır.