Azərbaycan teleməkanında növbəti dəfə tamaşaçıları qıcıqlandıran görüntülər efirə gedib.

Minval.info xəbər verir ki, ARB TV-də yayımlanan “Canım sizə desin” adlı proqramda efirə gedən görüntülər böyük müzakirəyə səbəb olub.

Verilişdə “Azəri Van Dam” kimi tanınan qonağın və xüsusən aparıcı, Əməkdar artist Mehriban Xanlarovanın hərəkətləri tamaşaçılar tərəfindən kəskin tənqid edilib.

Sosial şəbəkələrdə istifadəçilər bu cür verilişlərin Azərbaycan mədəniyyətinə uyğun olmadığını qeyd ediblər. Mehriban Xanlarovanın xanım davranışına uyğun olmayan hərəkətlər etməsi, xüsusən bunun efirdə edilməsi qınağa səbəb olub.

Rus dilində 2-3 söz bilən, bunu da yerli-yersiz işlədən şəxsə gülə-gülə onu məşhur etdilər. “Azəri Van Dam” kimi sosial şəbəkədə tanınan şəxsin psixoloji problemləri var. Belə bir şəxsin qısa müddətdə məşhur olması, üstəlik efirə çıxması heç də xoş hadisə deyil.

 Minval.info