Əməkdar artist Həsənağa Abbasquliyev dünyasını dəyişib.

Minval.İnfo milli.az-a istinadən xəbər veriri ki, bu haqda  mərhumun nəvəsi məlumat verib. O, bildirib ki, babası heç bir xəstəlikdən əziyyət çəkməyib:

“Ciddi bir xəstəliyi yox idi. Ciyərlərinə su yığılmışdı, 3 gün öncə rəhmətə getdi. Yaşasaydı, bu ayın 12-də 80 yaşını qeyd edəcəkdi”.

Qeyd edək ki, bu gün mərhumun 3 mərasimidir. Yas mərasimi Biləcəridə keçirilir.

Allah rəhmət eləsin!