Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, aktyor uzun sürən xəstəlikdən sonra, 52 yaşında dünyasını dəyişib.

Nağəddin Məmmədov teatrda uzun müddət çalışıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivallarda iştirak edib.

Aktyorun son aylar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.