Əməkdar artist Nurlan Növrəsli nişanlanıb.

Minval.info xəbər verir ki, sözügedən məclis ailə daxilində baş tutub.

Sənətçinin sevib-seçdiyi 20 yaşlı Nevin Əliyeva isə Quba şəhərindəndir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin dördüncü kurs tələbəsidir.

Həmçinin cütlüyün valideynləri uzun müddətdir ki, ailəvi dostluq edirlər.