Şəkili qadın Məhəmməd peygəmbərin ruhunun bədəninə yerləşdiyini bəyan edir.

Minval.İnfo “Baku.ws”ə istinadən bildirir ki, rayonun İncə kəndində yaşayan Ceyran adlı xanım peyğəmbərin əmri ilə addımlar atdığını deyir:
“Məhəmməd peygəmbərin mübarək ruhu məndir. Onun əmrilə İslamı təbliğ edirəm. Çünki insanlar haqq yolundan uzaqlaşıblar. Sonuncu peyğəmbərimiz mənə missiya tapşırıb. Çətin də olsa mən bu missiyanı layiqli şəkildə yerinə yetirməyə çalışıram. Hər yerdə Qurandan ayələr oxuyuram, insanları düz yola dəvət edirəm”.
63 yaşlı qadın peyğəmbərin əli ilə insanlara şəfa verdiyini də iddia edir:
“Peygəmbərin əli ilə ən ağır xəstələri belə bir dəfə əl çəkməklə sağaldıram. Kəlmeyi-şəhadət gətirməyənə, yəni müsəlman olmayana şəfa verə bilmərəm. Çünki Məhəmməd peygəmbər buna icazə vermir. Ümumiyyətlə, o, icazə verməsə heç nə edə bilmərəm!”