Beyləqan rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 300 m2 olan birmərtəbəli binanın 1 otağında 2 m2 sahədə arakəsmə və 2 ədəd məişət avadanlığı yanıb.

Minva.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bina yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.