Luiş Fiqu: "Bakıda möhtəşəm final olacaq, qaçırmayın" - [color=red]VÄ°DEO[/color]Məşhur portuqaliyalı futbolçu Luiş Fiqu mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı sosial şəbəkələrdə video paylaşıb.

ONA-nın məlumatına görə, keçmiş futbolçu Bakıda keçiriləcək final oyununda özünün də iştirak edəcəyini bildirib.

“Əziz dostlar, beş gündən sonra Bakıda möhtəşəm final keçiriləcək. Mən də orada olacağam. Bunu qaçırmayın”,- deyə L. Fiqu vurğulayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək finalda Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılacacaq.