Azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov ötən gün 46 yaşını qeyd edib.

Minval.info xəbər verir ki, kriminal avtoritetin doğum günü Ukraynada da qeyd olunub. Bu barədə bir neçə video paylaşılıb.

Məlumata görə, Nadir Səlifovun tərəfdarları Kiyevdə bir araya gələrək “Lotu Quli”nin şərəfinə ziyafət təşkil ediblər. Səlifovun şəninə sağlıq deyən şəxslər onu tərif edib, adını uca tutub, doğum gününü təbrik ediblər.

Onu da qeyd edək ki, əldə edilən son məlumatlara görə, bu ayın sonunda 23 ildən sonra ilk dəfə doğum gününü azadlıqda qeyd edəcək N. Səlifov ətrafına bir neçə məşhur “qanuni oğrunu” da toplayacaq. Bu görüşün məhz Çernoqoriyada baş verəcəyi ehtimal edilir.

Əldə etdiyimiz görüntüləri təqdim edirik:

Minval.info