“Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbulda ötən axşam saxlanılması ilə bağlı detallar məlum olur.

Milli.Az xəbər verir ki, Qulinin Azərbaycan və Rusiyada adının bir çox cinayət işində hallanır, eləcə də 2016-cı ilin avqust ayında Beşiktaşda Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi hadisəsində sifarişçi olmaqda təqsirləndirilir.

Azərbaycan hökumətinin barəsində həbs qərarı verildiyi bildirilən Səlifov İstanbulda yaşadığı ünvana təşkil edilən əməliyyat zamanı saxlanılıb.

Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.