Oliqarxlar niyə mülk almaq üçün bu şəhəri seçir;  ekspert: “Londonun daşınmaz əmlak bazarında əsas oyunçular azərbaycanlı məmurlar və onların ailələridir”

Ölkə mətbuatında azərbaycanlıların tez-tez Londonda malikanələr alması ilə bağlı məlumatlar yayılır. Bu malikanələrin qiyməti isə ən azı 7 rəqəmli olur. Virtualaz.org saytı yazıb ki, son illərdə türkiyəlilərin də Londona olan marağı olduqca artıb.

“Allytta” əmlak şirkətinin baş meneceri Neşe Cenkins çoxlu sayda türk iş adamının qiymətlərin müvəqqəti azalmasından istifadə edərək əmlak sahəsinə sərmayə qoyduğunu və ümumilikdə, son 2 ildə türk sərmayədarların sayının 297% yüksəldiyini bildirib.

Neşe Jenkins ile ilgili görsel sonucu

Cenkins “Son 5 ildə 85 mindən artıq Türkiyə vətəndaşının Londonda ev aldığını təxmin edirik. Bundan əlavə, rəsmi statistikaya əsasən, bu müddət ərzində 17 min türkiyəli İngiltərəyə köçüb” deyib.

Londonda daşınmaz əmlakın 375-400 min funt sterlinqdən başladığını, amma bu qiymətə, sadəcə, 1+1 tipli mənzilin alına bilindiyini qeyd edən Cenkins türklərin əsasən Londona gedib-gələndə qalmaq üçün 2+1 otaqlı mənzillər aldığını və bəzilərinin də övladlarının təhsili üçün buradan əmlak əldə etdiklərini söyləyib. O bildirib ki, türklər Londonda evlərə orta statistik göstərici üzrə 1 milyon funt sterlinq pul ayırırlar.

“Bundan aşağısını da görmüşük, yüksəyini də, amma orta statistik qiymət 1 milyon funt sterlinqdir” deyə Cenkins bildirib. Və əlavə edib ki, türkiyəlilər Londonda ən çox Çelsi bölgəsindən əmlak almağa üstünlük verirlər.

O deyib ki, bu günə qədər türklər arasında ən yüksək qiymətə əmlak alan şəxs 140 milyon funt sterlinq ödəyən bir Azərbaycan vətəndaşı olub.

Vüqar Bayramov ile ilgili görsel sonucu

Hələ 2014-cü ildə “Exo” qəzetinə müsahibəsində iqtisadçı Vüqar Bayramov bildirib ki, Londonda ev almaq dəb olduğundan varlı azərbaycanlılar da Britaniya paytaxtında ev sahibi olmağa can atırlar. Ekspertin fikrincə, Londonda ev almaq iqtisadi baxımdan da əlverişlidir. Çünki hətta 2008-2009-cu illərdəki böhran dönəmində də Böyük Britaniya paytaxtında daşınmaz mülkiyyətin qiyməti sabit qalıb.

MDB ölkələrindən Londonda ən çox ev alan Ukrayna sakinləridir. “The Telegraph” qəzetinin yazdığına görə, Rusiya vətəndaşları ikinci sırada gedirlər. Üçüncü, dördüncü və beşinci yerdə Qazaxstan, Azərbaycan və Gürcüstan vətəndaşlarıdır.

2017-ci ildə xəbər yayıldı ki, Böyük Britaniya hökuməti korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaradır.

Neşe Jenkins ile ilgili görsel sonucu

Bildirilirdi ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş hansısa offşor şirkətlərin adlarına rəsmiləşdirirlər.

Məlumatlara görə, Londonun elit “The London City İsland” yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki  istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Azərbaycan, Çin, Yaponiya, Zimbabve də daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Londonda daşınmaz əmlak alan azərbaycanlılar daha çox məmurlar və onların övladlarıdır:

“Londonda daşınmaz əmlak almaq yatırım hesab olunur. Çünki dünyadakı hesablamalara görə, təxminən hər il Londonda əmlakın qiyməti 5-7 faiz bahalaşır. Artıq 30 ilə yaxındır ki, bu trend mövcuddur. Yəni hər il əmlakın qiyməti ən azı 5-7 faiz bahalaşır və bu da yatırım kimi çox vacib məsələdir. Ona görə də insanlarda oradan əmlak almağa maraq artır. Azərbaycanlılardan da Londonda daşınmaz əmlak alanların böyük əksəriyyəti məmurlardır. Çünki bizdə çox təəssüf ki, rəsmi milyonçular yoxdur. Rəsmi milyonçu yoxdur ki, rəsmi qazandığı vəsait hesabına da Londonda daşınmaz əmlak aldığını alın açıqlığı ilə elan etsin. Belə bir məlumata rast gəlinmir. Ona görə də Londonun daşınmaz əmlak bazarında əsas oyunçular azərbaycanlı məmurlar və onların ailələridir. Dünyada isə Londondan əmlak alanlar rəsmi milyonçulardır və onlar aldıqları əmlakı açıq şəkildə ictimaiyyətə elan edə bilirlər”.

“Yeni Müsavat” bu vaxta qədər Londonda əmlak alan məmur ailələri ilə bağlı çoxsaylı yazılar dərc edib. Bu ilin may ayında Londonda əmlak almaqla bağlı daha çox sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı hallanırdı. A.Məmmədovun manat ekvivalentində təxminən 25 milyon xərcləməklə Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunurdu. Prezident seçkilərindən sonra postunu itirən kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin də Londonda yaşaması ilə bağlı məlumatlar var. Yada salaq ki, 2017-ci ildə Asif Əsədzadə London küçələrində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” ilə “avtoşluq” etməsi əks olunan video ilə gündəmə gəlmişdi.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadənin də adı Londonda qalmaqalla hallanmışdı. O, orada təhsil aldığı vaxt öz yerinə başqa bir şəxsi imtahana göndərib, əvəzində isə həmin şəxsə hər imtahan üçün 2 min funt-sterlinq ödəmişdi. Bu barədə “The Yorkshir Post” və “The Daily Mail” də yazmışdılar…