Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer” (Leverkuzen, Almaniya) oyununu Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.