Mersisayd polisi “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahla bağlı insident barədə məlumat yayıb.

Minval.info oxu.az-a istinadən xəbər verir ki, Salahın sükan arxasında telefonla danışdığını əks etdirən kadrları polisə elə klubun özü verib.

“Liverpul” öz aparıcı futbolçusu ilə bağlı aparılan araşdırma və kadrların polisə verilməsini təsdiqləyib. Bundan sonra isə nə klub, nə də futbolçu heç bir şərh verməyəcəklərini açıqlayıblar”,

“Bizə futbolçunun avtomobil idarə edərkən mobil telefonla danışdığı video haqqında bildiriblər.

Onu müvafiq departamentə təqdim etdik. İnformasiyaya görə sağ olun”, – deyə Mersisayd polisi “Twitter”də yazıb.

 

Minval.info