"Liverpul" Premyer Liqaya darmadağınla start verib İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, I turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son mövsümün vitse-çempionu “Liverpul” yenidən yüksək dəstəyə qayıdan “Norviç”i sınağa çəkib. Matçın taleyini ilk yarıda həll edən Yurgen Kloppun yetirmələri 4 qol vurublar. Qonaqlar fasilədən sonra bunlardan yalnız birinin əvəzini çıxıblar və darmadağından qaça bilməyiblər.

Qeyd edək ki, ilk turun digər oyunları avqustun 10-11-də baş tutacaq.

İngiltərə Premyer Liqası

I tur

9 avqust

“Liverpul” – “Norviç” – 4:1

Henli, 7 (avtoqol), Salah, 19, Van Diyk, 28, Oriqi, 42 – Pukki, 64