Lionel Messi Amerika kubokunun rəmzi komandasına daxil edilməyibFutbol üzrə Amerika kubokunun rəmzi komandası açıqlanıb.

APA-nın məlumatına görə, Argentina millisinin ulduzu Lionel Messi “11-lik”dən kənarda qalıb.

Ümumiyyətlə, yarışın bürünc mükafatçısının yalnız bir üzvü – Leandro Paredes rəmzi komandaya daxil edilib.

3-4-3 sistemi ilə tərtib olunan heyətdə Amerika kubokunun qalibi Braziliya daha çox – 6 oyunçu ilə təmsil olunub. Finalda 1:3 hesabı ilə uduzan Perunun 3, yarımfinalçılar Argentina və Çilinin hərəsinin 1 üzvü fərqlənənlər siyahısında yer alıb.

Qapıçı: Alison Beker;

Müdafiəçilər: Dani Alves, Markinyos (hamısı Braziliya), Migel Trauko (Peru);

Yarımmüdafiəçilər: Leandro Paredes (Argentina), Çarles Aranqis (Çili), Yosimar Yotun (Peru), Artur Ramos;

Hücumçular: Qabriel Jezus, Everton (hamısı Braziliya), Xose Paolo Qerrero (Peru).