“Qaçqınkom”a yeni sədr təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Minval.İnfo xəbər verir ki, yeni sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. Rövşən Rzayev Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü olub.

Qeyd edək ki, bu vaxta qədər Dövlət Komitəsinin sədri baş nazirin müavini Əli Həsənov olub.