Leopard və fillərlə böyüyən qız müasir həyata qayıtdı

Fransada müasir həyatdan bezib Afrikaya köçən cütlüyün meşədə qız övladı dünyaya gəlmişdi.

“Ölkə.Az” xəbər verir ki, 9 yaşına qədər heyvanlar arasında böyüyən Tippi adlı qız artıq böyüyüb.

Deqre ailəsi Cənubi Afrikada uzun müddət yaşayıb. Ailə əsasən Namibiya, Cənubi Afrika və Bostvana sərhədindəki ucsuz-bucaqsız Kalahari səhrasında qalıb.

Tippinin ən yaxın dostları dəvəquşu, böyük qardaş dediyi 30 yaşlı fil Abu və günorta vaxtı birlikdə yatdığı leopard olub. Ancaq məktəb vaxtı çatanda Afrika həyatı başa çatıb. Çünki ailəsi kiçik qızın təhsili üçün Fransaya qayıtmaq qərarına gəlib. Tippi Parisə köçdükdən sonra modern həyata bir müddət alışa bilmir. O, məktəbə gedə bilmir və evə xüsusi müəllim gəlir. Çünki leopard və fillərlə oynayan Tippi yaşıdları ilə oynaya bilmir.

Tippi artıq böyüyüb və uşaqlıq illərini heç vaxt unutmadığını deyir.