Ledi Qaqadan etiraf: “19 yaşım olanda məni zorladılar”

Məşhur dünya ulduzu Ledi Qaqa “Hollivud Qadınları” gecəsində iştirak edib.

“Ölkə.Az” xəbər verir ki, Qaqa 19 yaşlı olanda zorlandığını etiraf edib və Cennifer Lopez ilə söhbət edərkən göz yaşlarını saxlaya bilməyib.

Tədbir “Elle” jurnalı tərəfindən Beverli Hillsdə keçirilib. Tədbirdə Cennifer Lopez, Şarliz Teron, Kira Naytli kimi məşhurlar olub. 32 yaşlı Ledi Qaqanın etirafı şok effekti yaradıb.

Ledi Qaqa 19 yaşında zorlandığını bildirib:
“Hələ də kim olduğunu deyə biləcək qədər cəsur deyiləm. Çox gənc idim. Zorlandıqdan sonra həyatım dəyişdi. Heç kəsə deyə bilmədim. Özümdən də qaçırdım. Bu gün də buna görə utanıram. O vaxt mənə heç kəs kömək etmədi, heç kəs yol göstərmədi”.

Tədbirdə çıxış edən Cey Lo Ledi Qaqanı səhnəyə dəvət edib. Lopez uzun illərdir həm müğənni, həm də aktrisalıq etdiyi üçün tənqid edildiyini bildirib.

Minval.İnfo