Əlcəzair millisinin sabiq futbolçusu “Səbail”ə keçibBakının “Səbail” klubu daha bir futbolçu transfer edib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Əlcəzair əsilli fransalı Bilal Həmdi ilə müqavilə imzalayıb.

Ötən mövsümdə də Azərbaycanda çıxış edən 28 yaşlı yarımmüdafiəçi “Zirə”dən Bakının digər klubuna keçib. Futbolçu ilə müqavilənin müddəti açıqlanmır.

Minval.info