“Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamzıslıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər”.

Minval.info saytı publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildirib.

“Ən vacibi inamsızlıqdan çəkilmək və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, bu ideyaları kağız üzərində rəsmiləşdirmək lazımdır.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.