“Rusiya-ABŞ münasibətlərini hazırki üzücü vəziyyətdən çıxarmağa istiqamətlənən konkret təkliflər hazırlamağa çalışacağıq”.

ONA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə amerikalı həmkarı Mark Pompeo ilə keçirdiyi görüşdə bildirib.

Rusiya XİN başçısı prezidentlər tərəfindən qarşılarına belə bir tapşırıq qoyulduğunu söyləyib: “Bizim dərhal tədbirlər görülməsini və uzunmüddətli sistemli həlli tələb edən çoxsaylı problemimiz var. Bu problemlərə strateji stabilliyin təmin olunması, antiterror əməliyyatlarında daha da effektiv işin aparılması və dünyanın müxtəlif regionlarında dərin böhranlı vəziyyətlərin nizamlanması aiddir”.