Rusiya “təhdidi” təxminən belə düşünülür. Siz öz sualınızı guya mənim “Şərq tərəfdaşlığından” Azərbaycan, Ermənistan və Belarusu Rusiyadan ‘ayırmaq’ üçün istifadə edildiyi barədə ifadə işlətməyimlə başladınız.

Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhen təhlükəsizlik siyasəti məsələləri barədə konfransda Rusiyanın Azərbaycan, Ermənistan və Belarusa Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq haqqında saziş imzalamağa mane olduğu barədə sualı cavablandırarkən deyib.

“Mən dedim ki, “Şərq tərəfdaşlığı” formalaşanda onun Rusiyaya qarşı yönəlməyəcəyinə əmin edirdilər. Mən ümid etdiyimi bildirdim ki, bu bəyanatlar yerinə yetiriləcək, çünki adını çəkdiyiniz ölkələrdən bəziləri “Şərq tərəfdaşlığından” məhz elə istifadəni (Rusiyaya qarşı olmayan – red.) istərdilər”, – deyə, Lavrov qeyd edib.