Bu gün günorta saatlarında yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 36-cı km-də hərəkətdə olan 01-AH-605 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, qəza nəticəsində sürücünün həyat yoldaşı – Bakı şəhəri, Hövsan qəsəbə sakini, 36 yaşlı Aytən Fizuli qızı Qurbanova və digər sərnişin – Lənkəran rayonu Veravul kəndində yaşayan Mahirə Naib qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.