Lənkəranda 3 uşaq anası çayda boğulub - YENÄ°LƏNÄ°BLənkəranda 3 uşaq anası ehtiyatsızlıqdan çaya düşərək dünyasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Ukrayna vətəndaşı olan 1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova sahildə olarkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Onun meyiti çaydan çıxarılaraq daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Mərhumun bacısının dediyinə görə, 3 uşaq anası olan S.Nəsirova astma xəstəliyindən əziyyət çəkirmiş və ehtimal ki, təmiz hava qəbul etmək üçün çay sahilinə gedib.

Faktla bağlı araşdırma aparılır.