Lənkəran rayonunda 60 yaşlı qadın və onun qızı döyülüb.

Minval.İnfo “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Orada yaşayan Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb.

Faktla bağlı araşdırma aparılır.