“Maşın”dan bilmədən əlini çəkərək ayrılan meyxanaçı Ələkbər Yasamallı dünən sosial mediada trend olan Hüseyn Əzizoğlu və Roza Zərgərli barədə açıqlama verib.

Minval.İnfo xəbər verir ki, Baku TV mikrofonuna danışan sənətçi Roza Zərgərlinin yaxşı oyun apardığını deyib.

Meyxanaçı Hüseyn barədə isə ürəkaçan sözlər işlətməyib:

“Hüseyn kimin oğlu idi bilmirəm. Dünəndən gah Abbasın oğludu, gah da Rozanın. Sizə bir sirr açım: Burada bilmişəm ki, sən demə, Abbas Bağırovnan qardaşam. Çünki Hüseyn mənə də əmi deyirdi. Deyir ki, Yasamallıyam, ancaq biz tərəfdə belə şey yoxdur. Bu niyə belə çıxıb atasından – Abbasdan soruşmaq lazımdır”.

Sözügedən açıqlamanı təqdim edirik: