Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüklə dolu “Shachman” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, yük maşınına xeyli ziyan dəyib. Nəqliyyat vasitəsindəki qum yolun kənarına səpələnib.

Faktla bağlı araşdırma aparılır.