Kristiano Ronaldo dünyada ən çox qazanan idmançılardan biridir. “Forbes”-in siyahısında dünyanın ən çox qazanan üçüncü idmançısı olan Ronaldo həm klubundan, həm də sponsorlardan milyonlar qazanır.

Minval.İnfo bu məqalədə Ronaldonun nələrdən pul qazandığını və nələrə pul xərclədiyi haqda ətraflı şəkildə bəhs edəcək.

Ronaldo son 12 ayda 108 milyon dollar qazanıb

“Forbes”-in məlumatına görə oyunçu gəlirin 47 milyonunu təkcə sponsorlardan qazanıb. Bu sponsorların arasında Tag Huber, Herbalife və Nike kimi məşhur şirkətlərin adları var.

“Nike” ilə razılaşmaya görə şirkət Ronaldoya ömür boyu pul ödəyəcək. Yeni razılaşmaya görə şirkət Ronaldoya hə il 19 milyon sterlinq ödəyəcək. Yəni sadə şəkildə desək Ronaldo 73 yaşında 800 milyon sterlinq qazanmış olacaq.

Castrol, Samsunq və KFC-nin də Ronaldo ilə müqaviləsi var. İl boyu çəkilmiş müxtəlif reklamlarda Ronaldo iştirak edib və milyonlar qazanıb. Sosial şəbəkələr də Ronaldoya pul ödəyir. “İnstagram”-da 130 milyon, “Facebook”-da 122 milyon, “Twitter”-də 72 milyon izləyicisi olan Ronaldo buna görə də pul qazanır.

Bəs Ronaldo bu pulları nəyə xərcləyir?

Ronaldo bir çox kişi kimi avtomobil həvəskarıdır. Ronaldonun özü indilərdə 300 min dəyərində “Lamborghini Aventador” sürür. Bundan başqa Ronaldonun “Bentley”, ” Porsshe”, “Mercedes” və “Maserati” maşınları var.

Ancaq Ronaldo o qədər də diqqətli sürücü deyil. 2009-cu ildə o, Mançester şəhərində 320 min dollar dəyərində Ferrarisi ilə qəza edib.

Dəbdəbəli villada qalır

Ronaldonun qaldığı villa memar Yoakin Torres tərəfindən tikilib. Madriddəki bu villanın dəyəri 7.1 milyon dollar dəyərindədir.

“Trump Tower”-də də evi var

2015-ci ildə Ronaldo Nyu-Yorkda yerləşən “Trump Tower”-dən 18.5 milyon dollar dəyərində ev alıb.

Doğulduğu şəhərdə hotel tikdirib

Ronaldonun doğulduğu yerdə, Madeirada futbol temalı hoteli də var.

160 min dollarlıq saat taxır

Ronaldo həmçinin 160 min dollar dəyərində “Jacob and Co” markalı saatı ilə görülüb.

Özünə mumdan heykəl düzəldib

Ronaldo özünə mumdan heykəl belə düzəldib. Bu heykəlin ərsəyə gəlməsi ona 30 min dollar başa gəlib. Heykəl Madriddəki muzeydə saxlanılır.

Geyiminə çox fikir verir

Ronaldonun özünün moda brendi var. CR7.com-da həmin geyimlər satışdadır.

Xeyriyyə işləri ilə məşğul olur

Ronaldo 165 min dollar Portuqaliya xərçəng mərkəzinə pul ayırıb.  10 yaşlı fanatının 87 min dollarlıq əməliyyat xərcini qarşılayıb.

Tamerlan