Bir neçə gün əvvəl, qondarma Krım Muxtar Respublikasının Kerç şəhərində yerləşən politexniki kollecdə partlayış baş verib.

Minval.İnfo xəbər verir ki, kollecdə partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Kerç şəhər administrasiyası rəhbərinin müavini Dilavər Melqazıyev də faktı təsdiqləyib. O, həmçinin əlavə edib ki, ağır vəziyyətdə olanlardan 8 nəfərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hücumu törətməkdə 18 yaşlı yerli sakin şübhəli bilinir. O, özünə qəsd edib. Krımda üç günlük matəm elan olub.

Minval.İnfo