Rusiyanın xarici işlər nazirliyindən Qarabağla bağlı BƏYANAT“Əgər rusiyalı turistlər özlərini Gürcüstanda təhlükəsiz hiss etmirlərsə, onları isti qarşılamırlarsa, onda onlar heç kəsə heç nə borclu deyirlər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını “Facebook”-dakı səhifəsində şərh edərkən bildirib.

S. Zurabişvili dünən verdiyi bəyanatda rusiyalı turistlərin Gürcüstana gələ bilməli olduğunu söyləyib: “Ona görə ki, onlar Gürcüstanı çox sevirlər, siyasətçilər və rəhbərlər isə problemin həllini tapmalıdırlar”.

M. Zaxarova Gürcüstan prezidentinin bu bəyanatının kalkulyatordan istifadə etməklə hazırlandığını söyləyib.