Qadınların hər gün istifadə etdiyi ətirlər, üzünə çəkdiyi kremlərin tərkibində bir-birindən fərqli bir çox komponent var.

Bir çoxu insan dərisinə qulluq edən xeyirli maddələr olsa da, bu xammalın təbiətdəki yeri bir çoxları üçün qaranlıqdır. Dəriyə qulluq, gözəllik kremlərinin, makiyaj vasitələrinin tərkibində hansı maddələrdən istifadə olunur?

Minval.info makiyaj vasitələrinin istehsalında istifadə edilən ən diqqətçəkən maddələr barədə məlumat verir:

Balına ifrazatı

Balina kusmuğu (Ambergris)

Ənbər adı ilə bilinən balina ifrazatını Hind okeanında yaşayan balinalardan əldə edirlər. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Bu mumvari maddəni orta əsrlərdə ləl-cəvahirat qiymətinə satıblar, elə buna görə də “üzən qızıl” adı ilə də bilinir.  İllərdir kosmetika sənayesində ətirlərin qoxusunun uzunmüddətli olması üçün istifadə edilən bu xammalın əvəzinə hazırda onun süni istehsal edilmiş əvəzləyicisindən istifadə edilir. Ancaq çox bahalı parfümlərin tərkibində bu maddənin okean dibindən əldə edilmiş təbii halı mövcuddur.

İlbiz ifrazatı

Sümüklüböcek salgısı (Mucin)

İlbizlərdən alınan mukin adlı maddə gözəllik sənayesinin “olmazsa olmazıdır”. Protein, haydroasetik turşusu və bir çox xeyirli komponenti özündə birləşdirdiyi üçün mukin gəncləşdirmə və nəmləndirmə məqsədilə üz dərisinə qulluq kremlərinə əlavə edilir.

Dinamit

Dinamit

Kağıza bükülüb bərk qala gətirilməzdən əvvəl partlayıcı xüsusiyyətə malik dinamit məhlulu xəmir halında olur. Həmin məhlul həmçinin dəri pilinqi, diş məcunu və pudra kimi bir çox gözəllik vasitəsinin əsasını təşkil edir.

Böcək tozu (karmin)

Böcek tozu (Carmine)

Yəqin ki, hər bir qadının xüsusi diqqət çəkmək istədiyi məqamlarda köməyinə çatan qırmızı dodaq boyası var. Bəs bu qədər parlaq qırmızı rəng necə əldə edilir? Koşinilm adı verilən böcəyin dişisinin qurudulub toz halına gətirilməsi ilə əldə edilən qırmızı piqmentləri dodaq boyalarına qırmızı rəngi verir. Bir çox kosmetika markası uzun illər “təbii qırmızı piqmentlər” yazılı etiketlərlə böcək tozlarını gizlətməyə nail olmuşdu. Ancaq daha sonra makiyaj vasitələrinin tərkibinin dəqiqliklə göstərilməsi qanunu tətbiq edilib və markalar böcək tozu istifadə etdiklərini etiraf etməli olublar. Sevdiyiniz qırmızı dodaq boyasının tərkibində bu maddənin olub-olmadığına xüsusi fikir verin, çünki karmin ciddi alergik reaksiyalara səbəb ola bilər.

Balıq pulçuğu

Balık pulu (Guanine)

Sədəfli teksturası balıq pulçuğunu dırnaq və dodaq boyları və şampunlar üçün parlaq görüşünü təmin edən əvəzsiz maddədir.

Quş nəcisi

Kuş kakası

Yapon qadınlarının Səmərqənd kağızı kimi üz dərilərinin sirri quş nəcisindədir. Xüsusilə də, bülbüllərin nəcisi qüsursuz üz dərisində yapon qadınlarının ən böyük köməkçisidir. Yaponiyadan dünyaya ixrac edilən makiyaj vasitələrinin olduqca baha olmasına səbəb də elə tərkibindəki bu maddədir.

Toyuq sümüyünün iliyi

Tavuk kemiği iliği (Glucosamine)

Demək olar ki, bütün heyvanların sümüyündə olan ilik kosmetika istehsalında daha çox toyuqlardan alınır. Dəriyə parlaqlıq verən bu maddə həmçinin, olduqca nəmləndirici və qidalandırıcı funksiya daşıyır.

Maya

Mayalar

Bir çox kosmetik məhsulda bərpaedici funksiyasına görə mayadan istifadə edilir. Ancaq mayanın dəri üçün bir çox zərərli tərəfi də olduğu bilinir. Ona görə də, tədqiqatçılar tərkibində maya olan məhsulları istifadə etməzdən əvvəl iki dəfə düşünməyi tövsiyə edir.

Minval.info