Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım vasitəsilə izləyicilərin suallarını cavablandıracaq.

Minval.info-nun xəbərinə görə, bu barədə K.Cəfərov özü məlumat verib.

O bildirib ki, canlı yayım 13 fevral saat 19.30-da başlayacaq.

K.Cəfərov “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacaq. O, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyəti və bu sahə ilə bağlı oxucuların suallarını cavablandıracaq.