könül kərimova ile ilgili görsel sonucuOğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Proses iyulun 20-də davam etdiriləcək.

Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.

M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.

K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Minval.info