“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişinin aparıcısı daha bir maraqlı faktın üstün açıb.

Aparıcı Amil Xəlil konsevrləşdirilmiş qidaların aylarla qalmasının səbəbini və tərkibindəki maddələrin adlarını açıq-aşkar səsləndirib. Verilişdə çıxış edən ekspert də, insanları bu tipli qidalardan uzaq qalmağa səsləyib.

Minval.info xəbər verir ki, ekspertin sözlərinə görə, bəzən bu qidaların tərkibində ət yox, kimyəvi maddələr üstünlük təşkil edir ki, bu da asıllıq yaradır. Onun sözlərinə görə araşdırdığımız bu qablaşdırmanın təkibindəki qida qəbul edildikdən bir neçə ay sonra belə ciddi fəsad verə bilər.

Hətta ölümə səbəb olacaqını da xüsusi olaraq qeyd edib. Teleaparıcı Amil Xəlil bu cür qidalara son zamanlar  təlabatın artıdığını, o cümlədən marketlərdə vaxtı keçmiş qablaşdırmaların satıldığını açıq aşkar qeyd edib…  Teleaparıcı bu cür məhsulların marketdə nəzarətsiz satılmasının  düzgün olmadığını vurğulayıb.

Qeyd edək ki veriliş həftə içi hər gün  saat 19:55 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır..

Minval.info