İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.

“Ölkə.Az” xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin qeyd edib.

Məlum olduğuna görə, azərbaycanlı şəxs Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.

Yevgeni Yenin yazır ki, Emil Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və vaxtını boş yerə itirməyib:

“Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.