Kolumbiyada “Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.

Trend-in məlumatına görə, narkomafiyalara qarşı əməliyyatlar həyata keçirən helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Qəza Kauka departamentində helikopterin əraziyə baxış keçirdiyi zaman baş verib. Qəzanın səbəbi məlum deyil, araşdırma aparılır.