Klipimiz “Eurovision TV”də niyə yayımlanmır?

Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova (Aisel) “X my heart” adlı musiqi nömrəsi ilə çıxış edəcək.cMahnıya çəkilən klip isə bir neçə gün bundan əvvəl təqdim olunub. 

Minval.İnfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Roula Koutroubelinin çəkdiyi ekran işinin müsabiqənin rəsmi “YouTube” kanalına qoyulmaması müzakirələrə səbəb olub.

Müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “Infe Azerbaijan” mövzu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Aiselin klipi bazar ertəsindən etibarən Avroviziyanın rəsmi səhifələrində yayımlanacaq:

“Aiselin “X My Heart” adlı  klipi bazar ertəsindən etibarən eurovision.tv-nin rəsmi “YouTube” kanalında yayımlanacaq”.

Xatırladaq ki, Portuqaliyada keçirilən müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Aysel birinci yarımfinalda səhnəyə çıxacaq.