Ukrayna paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı insan oğurluğunda ittiham edilərək həbs edilib.

Minval.info APA-ya istinadən xəbər verir ki, Kiyevin Solomensk rayonu polisi 1983-cü il təvəllüdlü Haqverdiyev Xəyyam Xəlil oğlunu insan oğurluğu ittihamı ilə saxlayıb.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Saxlanılan şəxs ittihamla razılaşmayıb, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.